Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin yeni binası istifadəyə verilib. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
“Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafın tərkibində əhalinin sağlamlığının qorunması mühüm yer tutur. Ölkəmizin hər bir bölgəsində diaqnostika müalicə mərkəzləri, xəstəxanalar tikilərək istifadəyə verilib, tibb müəssisələri müasir səhiyyə avadanlıqları ilə təmin edilib, həkimlərin peşə hazırlığı diqqət mərkəzində saxlanılıb”, - deyə V.Talıbov açılış mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da səhiyyənin inkişafına xüsusi diqqət yetirilir.
“Son illər muxtar respublikada səhiyyə sistemi əsaslı şəkildə yenidən qurulub. Ötən dövrdə şəhər, rayon və kəndlərdə 200-dən artıq səhiyyə müəssisəsinin tikilib istifadəyə verilməsi, onların lazımi tibbi avadanlıqlarla və ixtisaslı kadrlarla təmin olunması muxtar respublika səhiyyəsinin tamamilə müasirləşdirilməsinə səbəb olub”,- deyə o qeyd edib.
“Səhiyyə müəssisələrinin kollektivləri insanların xəstələnib onlara müraciət etməsini gözləməməlidirlər. Onlar xəstəliklərin vaxtında qarşısının alınması üçün tədbirlər görməli, əhali arasında olmalı, maarifləndirmə işinə üstünlük verməlidirlər. Bu gün istifadəyə verilən Yoluxucu Xəstəliklər Mərkəzinin də əsas təyinatı əhalini bu xəstəliklərə yoluxduqdan sonra müalicə etmək deyil, onların bu xəstəliklərə yoluxmamaları üçün vaxtında maarifləndirmə və profilaktiki tədbirlərin aparılmasından ibarət olmalıdır. Muxtar respublikada bu işlərin görülməsi üçün geniş imkanlar vardır. Həkimlər televiziya və qəzet vasitəsilə çıxışlar etməli, müvafiq təşkilatlarda maarifləndirici söhbətlər aparmalıdırlar. Mərkəzdə fəaliyyət göstərən yoluxucu xəstəliklər, QİÇS-lə mübarizə və dəri-zöhrəvi xəstəlikləri şöbələri üzrə hər hansı bir xəstəlik aşkarlandığı zaman həmin xəstələr dərhal qeydiyyata alınaraq müalicəyə cəlb olunmalı, aid nazirliklər xəstəliyin aşkarlandığı ərazini və həmin xəstəni ciddi nəzarətdə saxlamalıdırlar”,- deyə Ali Məclisin sədri vurğulayıb.
Q.Hüseynova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət