2015-ci ilin I yarısında dövlət büdcəsinin kəsiri 770,7 mln. manat və ya ÜDM-in 2,9%-ni təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin saytında məlumat verilir.
2015-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 7 mlrd. 807,2 mln. manat təşkil edib. Proqnoz 101,2% yerinə yetirilib. Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 3 mlrd. 328,8 mln. manat (plan 100,2% yerinə yetirilib), Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 765,3 mln. manat (plan 100,3% yerinə yetirilib), Dövlət Neft Fondundan transfertlər 3 mlrd. 561,6 mln. manat təşkil edib. Qalan məbləğ digər gəlirlərin payına düşüb.
2015-ci ilin I yarısında dövlət büdcəsinin xərcləri 8 mlrd. 577,9 mln. manat təşkil edib və 85% yerinə yetirilib.
Dövlət büdcəsinin cari xərcləri 4 mlrd. 423,2 mln. manat və ya bütün xərclərin 51,6%-ni təşkil edib. Dövlət büdcəsinin əsaslı xərcləri 3 mlrd. 855,3 mln. manat və ya 44,9% təşkil edib. Xarici borclara xidmətlə bağlı xərclərə 229,4 mln. manat və ya 3,5% yönəldilib.
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2015-ci ilin II rübündə dövlət büdcəsinin mədaxili 3 mlrd. 868,4 mln. manat, xərcləri 4 mlrd. 388 mln. manat təşkil edib.
Cari ilin I yarısında icmal büdcənin gəlirləri 9 mlrd. 35,4 mln. manat, xərcləri 9 mlrd. 907,1 mln. manat təşkil edib.
Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, xərcləri 21 mlrd. 100 mln. manat həcmində təsdiq edilib. Büdcə kəsiri 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,8%-i səviyyəsində proqnozlaşdırılıb.
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət