Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Gəncədə "Əmlak Məsələləri Dövlət Komitəsinintorpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda işgüzar forum keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Əsas vəzifələrimizdən biri də torpaqlardan düzgün, səmərəli, təyinatı üzrə istifadə olunmasını, qeyri-qanuni tikintilərin qarşısının alınmasını təmin etmək, bu halları törədən səbəbləri təhlil etmək və təhlillər nəticəsində təkliflər hazırlayaraq hökumətə təqdim etməkdir”, – deyə ƏMDK aparatının rəhbəri Azər Bəşirov bildirib.
Tədbirdə Gəncə, Samux, Göygöl, Kəlbəcər və Daşkəsən rayonlarının İcra hakimiyyətlərinin müavinləri, bələdiyyə sədrləri, üzvləri, memarlar, eləcə də ƏMDK-nınyerli nümayəndələri iştirak edib.
“Yeni əsasnamə ilə Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu müəyyən edilib. Komitənin şəhər və rayonlar üzrə müfəttişləri dövlət torpaqlarının mühafizəsinə nəzarəti həyata keçirir”, - deyə A.Bəşirov qeyd edib.
Cümə günü işguzar forum Qazaxda Qazax, Tovuz, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarını əhatə etməklə keçiriləcək.
F.Mehdiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət