Azərbaycanın kütləvi informasiya vasitələri respublikada qadınların problemlərinin işıqlandırılmasına böyük töhfə verirlər. Bu barədə çərşənbə axşamı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bəyan edib.
“Qadınların problemlərinin işıqlandırılmasında, həmçinin bu problemlərin həlli yollarının aşkar edilməsi məsələsində də Azərbaycan mətbuatının rolu danılmazdır”, - deyə S.Qəhrəmanova milli nətbuatın yaranmasının 140 illiyinə həsr olunmuş“KİV-də qadın və uşaq problemləri” adlı dəyirmi masada bildirib.
Onun sözlərinə görə, bu gün sağlam və inkişaf edən cəmiyyətin KİV-siz mövcud olduğunu təsəvvür etmək çətindir.
Bununla əlaqədar o, mətbuat nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
“Azərbaycan mətbuatının inkişafı respublikada qadınların həyat və fəaliyyətinə dair məsələlərin nə dərəcədə geniş işıqlandırılması ilə də təsdiq edilir”, - deyə o vurğulayıb.
S.Qəhrəmanova bildirib ki, Azərbaycanda ölkə rəhbərliyi tərəfindən ailə və qadınlara dair məsələlərin həllinə böyük diqqət ayrılır.
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyəti bu diqqətin göstəricisidir”, - deyə o vurğulayıb.
Komitə sədrinin müavini qeyd edib ki, milli mətbuatın 140 illiyi münasibətilə ölkədə çoxsaylı tədbirlər, o cümlədən bir sıra KİV nümayəndələrinin mükafatlandırılması mərasimləri keçirilib.
Dəyirmi masada bu mövzu ilə bağlı müzakirələr aparılıb. Komitə fəal əməkdaşlığa görə bir sıra kütləvi informasiya vasitələrini mükafatlandırıb.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət