Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrinin əməkdaşları Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) ezam olunacaqlar. Bu barədə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Bu ilin iyun ayında AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşları Nicat Həsənzadə və Səbuhi Nuriyev bir il müddətinə BNTİ-nin “Neytron fizikası” laboratoriyasında mühəndislik təcrübəsi keçmək üçün ezam olunublar. Avqust ayında institutun əməkdaşı Ramin Əkbərov “Yüksəkenerjilər fizikası” laboratoriyasında bir illik, sentyabr ayında isə institutun digər əməkdaşları Asif Nəbiyev və Samir Səmədov “Neytron fizikası” laboratoriyasında üç aylıq müddətə mühəndislik təcrübəsi keçmək üçün ezam ediləcəklər.
Həmçinin AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşı Fuad Əliyev “Neytron fizikası” laboratoriyasında mühəndislik təcrübəsi keçmək üçün bir illik müddətə ezam olunacaq.
Bundan başqa AMEA-nın Fizika İnstitutunun əməkdaşları Suma Hüseynova “Nəzəri fizika” laboratoriyasında, Ramiz Hüseynov isə “Neytron fizikası” laboratoriyasında üç ay müddətə elmi işçi təcrübəsi keçəcəklər.
Xatırladaq ki, bu ilin may ayında Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti AMEA-da olub. Görüşdə məqsəd Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, BNTİ-də Azərbaycan Respublikasının tam səlahiyyətli nümayəndəsi Nazim Məmmədovun təşəbbüsü ilə bu il birgə tədqiqatlar aparmaq üçün BNTİ-yə uzunmüddətli ezam olunacaq namizədlərlə görüşüb müsahibə aparmaq və onlar arasında seçim etmək, həmçinin nüvə fizikası sahəsində əməkdaşlığı inkişaf etdirmək və gələcəkdə birgə görüləcək işlərin perspektivlərini müəyyənləşdirmək olub.
Azərbaycan və Rusiya tərəfindən olan ekspert və işçi qrupunun iştirakı ilə aparılan müsahibələr və dinləmələr nəticəsində çoxsaylı namizədlər arasından 8 nəfər BNTİ-də təcrübə keçmək hüququ qazanıb.
A. Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət