Bərdə rayon mərkəzindən 5 kilometr aralıda yerləşən Şortəpə abidəsində arxeoloji tapıntılar aşkar edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Bərdə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı bizim eradan əvvəl VII əsrə aid olduğu ehtimal edilən müxtəlif növ əşyalar aşkarlanıb.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Bərdə ekspedisiyasının rəhbəri, professor Arif Məmmədovun sözlərinə görə, arxeoloji tədqiqatlar nəticəsində 4 metr enində qala divarları, b.e.ə. VII əsrlərə aid olan maddi-mədəniyyət nümunələri aşkar edilib.
Arxeoloq qeyd edib ki, bir neçə il əvvəl Şortəpə abidəsində aparılan tədqiqatlara əsasən belə nəticəyə gəlinib ki, b.e.ə. I minilliyin ortalarında Bərdə artıq yüksək inkişaf etmiş yaşayış yeri olub. O qeyd edib ki, sənətkarlığın əkinçilik və maldarlıqdan ayrılması nəticəsində Bərdə şəhəri meydana gəlib.
Onun sözlərinə görə, bu prosesin b.e.ə. II minilliyin ortalarında baş verdiyini nəzərə alınarsa, şəhərin yaşının 3 min ildən az olmadığı bir daha təsdiqlənir. Qazıntılar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX-X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrədək, 3-cü təbəqə bizim eradan əvvəl VII əsrdən bizim eranın III yüzilliyinə qədər olan dövrü əhatə edir.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət