2015-ci ilin yanvar- iyul aylarında Azərbaycanda elektrik enerjisi istehsalının ümumi həcmi 13 mlrd. 623,2 mln.kVt/saat təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla yanaşı, hesabat dövründə ölkədə əmtəəlik elektrik enerjisi istehsalı 12 mlrd. 986,2 mln. kVt/saat (artım 2,9%) təşkil edib.
2015-ci ilin yanvar-iyul aylarında “Azərenerji” ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı - İF) istilik elektrik stansiyaları 12 mlrd. 528 mln. kVt/saat (artım 1,5%), su elektrik stansiyaları 1 mlrd. 88,9 mln. kVt/saat (artım 21,7%) əmtəəlik elektrik enerjisi istehsal ediblər.
Bundan başqa,hesabat dövründə respublikada əmtəəlik külək enerjisinin istehsal həcmi 4,1 mln. kVt/saat (artım 2,5 %), günəş enerjisinin istehsal həcmi 2,1 mln. kVt/saat (2014-cü ilin yanvar-iyun aylarında istehsal olunmayıb) təşkil edib.
Xəbər verildiyi kimi, elektrik enerjisi istehsalının ümumi və əmtəəlik göstəriciləri arasında fərq onunla izah olunur ki, “Azərenerji” ASC istehsal olunan elektrik enerjisinin bir hissəsini öz tələbatının təmin olunmasına sərf edir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət