Azərbaycan Mərkəzi Bankı (AMB) işçilərinin könüllü tibbi sığortası (KTS) üçün tender elan edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Tender elanına əsasən, tender işçtirakçıları tibbi sığorta üzrə tarif və şərtlərə dair təkliflərini komissiyaya təklif etməlidirlər. Tender qalibinin seçilməsində maliyyə şərtləri, KTS üzrə sığorta paketinin şərtləri, eləcə də korporativ müştərilərə analoji xidmətlərin göstərilməsi üzrə təcrübə diqqətə alınacaq.
Tender iştirakçıları son ildəki maliyyə vəziyyətinə dair bank məlumatlarını, auditor rəyi ilə təsdiq edilmiş 2014-cü ilə dair maliyyə hesabatını, vergi və digər ödənişlərə dair borcunun olmaması barədə vergi orqanlarından arayış təqdim etməlidirlər.
Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri tender komissiyasına tibbi sığorta xidmətləri göstərdikləri korporativ müştərilər haqqında məlumat, KTS xidməti göstərilən ən az iki korporativ müştərinin tövsiyə məktubunu, eləcə də könüllü tibbi sığorta xidməti göstərmək üçün lisenziyanın surətini təqdim etməlidirlər.
Şərtlərə əsasən, tenderin qalibi 2015-ci il noyabrın 27-dən etibarən 12 ay ərzində könüllü tibbi sığorta xidmətləri göstərməlidir.
Tenderdə iştirak etmək üçün dövlət rüsumu 150 manat təşkil edir. Tender üzrə təkliflər oktyabrın 7-nə qədər qəbul ediləcək. Tenderin nəticələri oktyabrın 8-də açıqlanacaq.
Hazırda AMB-nin işçiləri “AzSığorta” şirkəti tərəfindən sığortalanıb.
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət üçün lisenziya alıb və sığorta haqlarının yığımına görə aparıcı şirkətlərin beşliyinə daxildir. Şirkətin səhmdarı 1 fiziki şəxsdir. Nizamnamə kapitalı 20,3 mln. manata bərabərdir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət