SOCAR şirkəti ( Azərbaycan Dövlət Neft Şirkəti, ARDNF) 2018-ci ilin mart ayında Türkiyədəki “STAR” Neft Emalı Zavodunda (NEZ) ilk məhsul əldə etməyi nəzərdə tutur. Bu barədə jurnalistlərə cümə axşamı “SOCAR Turkiye Enerji” şirkətinin rəhbəri Kənan Yavuz məlumat verib.
“Bu günə qədər “STAR NEZ-in tikinti layihəsi çərçivəsində işlərin 29%-i həyata keçirilib. Gələn ildən zavodda avadanlığın quraşdırılmasına başlanılacaq. Bu layihə çərçivəsində indəyədək qoyulan investisiyaların həcmi $2 mlrd. təşkil edib”,- deyə K.Yavuz bildirib. Bu barəsə “İnterfaks-Azərbaycan” agentliyinin Türkiyəyə ezam edilmiş müxbiri məluymat verir.
K.Yavuzun sözlərinə görə, bu layihənin həyata keçirilməsinin müxtəlif mərhələrlərində 15 min işçi qüvvəsi cəlb ediləcək. Zavod işə salındıqdan sonra zavodda min nəfər işçi çalışacaq.
Xəbər verildiyi kimi, “SOCAR Turkey Enerji” 2011-ci il oktyabrın 25-də İzmir şəhərində “STAR” NEZ-in təməlini qoyub. Zavodun tikintisi üzrə baş podratçı “Tecnicas Reunidas SA”, “Saipem SpA”, “GS Engineering & Construction Corp” və “Itochu” şirkətlər alyansıdır. 2013-cü ilin may ayında alyansla EPC müqaviləsi (Engineering, procurement and construction) imzalanıb
2014-cü ilin iyun ayında “SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) İzmirdə (Türkiyə) “STAR” neft emalı zavodunun (NEZ) tikintisi layihəsinin maliyyələşdirilməsinə dair 23 kommersiya bankı ilə kredit sazişləri imzalayıb. Cəlb edilən vəsaitlərin həcmi $3 mlrd. 290 mln. təşkil edib. Layihənin ümumi dəyəri $5,7 mlrd. təşkil edir
NEZ-in illik gücü 10 mln. ton neft təşkil edəcək. Zavodda “Urals”, “Azəri Light” və “Kərkük” kimi neft markalarının emalı planlaşdırılır.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət