Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “ASAN ödəniş” sisteminə qoşulub. Bu barədə nazirliyin məlumatında bildirilir.
RYTN-in tətbiq etdiyi inzibati cərimələr “ASAN ödəniş” sistemi vasitəsi ilə ödəniləcək.
RYTN “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə inzibati tənbehlərin tətbiqi haqqında Qaydalar”da dəyişikliklər edib.
Dəyişikliklərə əsasən, nazirlik inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürəcək.
Bununla yanaşı, digər dəyişiklik nəticəsində inzibati cərimənin şamil olunmadığı şəxslərin sırası genişləndirilib. Belə ki, indiyə qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli vəzifəli şəxsləri RYTN tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə təkcə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara inzibati cərimə tətbiq edə bilməzdilər.
Dəyişikliyə görə, inzibati cərimə tətbiq edilə bilməyən şəxslərin sırasına hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları da daxil edilib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət