Milli Məclisin spikeri Oqtay Əsədov bazar ertəsi Milli Məclisin növbədənkənar plenar iclasında Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni qınayıb.
“Avropa Parlamentininin qəbul etdiyi və Azərbaycana qarşı qərəzli mövqe əks etdirən qətnamə Avropa Parlamentinin öz nüfuzuna zərbə vurur”, - deyə O.Əsədov qeyd edib.
Onun sözlərinə görə, Avropa Parlamentinin deputatlarının bir hissəsinin anti-Azərbaycan qətnaməsinə səs verməsi faktı onun üzvləri arasında korrupsiyanın olmasından xəbər verir.
“Azərbaycana qarşı qətnamənin qəbul edilməsi ölkənin Avropadan təcrid edilməsinə, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzadılmasına və Avropa Parlamentinin separatçı Dağlıq Qarabağ rejimini tanımasına yönəlib”,- deyə O.Əsədov vurğulayıb.
Onun sözlərinə görə, bəzi qüvvələr Azərbaycanı Avropadan təcrid etməyə, Bakı ilə Avropa strukturlarının münasibətlərini korlamağa və Ermənistan-Azərbaycan münaqişəsi kontekstində respublikaya təzyiq göstərməyə çalışırlar.
“Biz dəfələrlə Avropa Parlamentinin subyektivliyinin şahidi olmuşuq, orada dəfələrlə qərəzli qətnamələr qəbul edilib. Məhz bu strukturda Azərbaycandakı cinayətkarları siyasi dustaq kimi qələmə verməyə cəhd göstərir və ölkəmizin daxili işlərinə qarışırlar”,- deyə O.Əsədov qeyd edib.
Spiker Avropa Parlamentinin beynəlxalq hüququn bütün mümkün sərhədlərini aşaraq sentyabrın 10-da utanmadan Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi ilə əlaqədar hökumət qarşısında Azərbaycanın Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramında iştirakının zəruriliyinin öyrənilməsi məsələsini qaldırmağı təklif edib.
“Əgər əvvəllər qərəzli qətnamələr qəbul edilərkən iclas zalında 50-60 parlamentari olurdusa, sentyabrın 10-da onlar qəsdən növbədənkənar iclas çağıraraq maksimum iştirakı təmin ediblər. Çox nadir hallarda Avropa Parlamentində 635 deputat toplanır. Bu dəfə məsələ məhz bu cür idi”,- deyə spiker vurğulayıb.
Onun sözlərinə görə, bu dəfə Avropa Parlamentinin vitse-spikeri, Avropa Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və sentyabrın 1-də Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş daha iki deputat xüsusi fəallıq nümayiş etdirib. “Yəqin ki, bu şəxslərin fəallığı Ermənistanın tapşırığı ilə əlaqəli idi”,- deyə O.Əsədov bildirib.
O qeyd edib ki, Avropa Parlamentinin iclasında səslənən çıxışların əksəriyyəti tamamən yalan informasiyaya əsaslanmışdı. “Avropa Parlamentində qoşunların təmas xəttində erməni qadının yaralanması faktına diqqət yönəldilmişdi. Amma heç kəs Azərbaycanın yaşayış məntəqlərininin daim atəşə tutulması, dinc sakinlərin yaralanması və öldürülməsi faktları barədə bir kəlmə danışmadı”,- deyə Milli Məclisin spikeri söyləyib.
Onun sözlərinə görə, Avropa strukturlarının qərəzli mövqeyi noyabr ayında Milli Məclisə keçiriləcək seçkilər zamanı ATƏT DTİHB-in ölkəmizə müşahidəçilər missiyası göndərməkdən imtina etməsində bir daha özünü göstərib. “Bu addım hər kəs tərəfindən qəbul edilmiş beynəlxalq normaların kobud şəkildə pozulması deməkdir. Bəzi qüvvələr qabaqcadan Milli Məclisə seçkilərin nəticələrini sual altında qoymaq istəyirlər. Lakin mən qəti şəkildə bəyan edirəm ki, Azərbaycanın gələcəyi Azərbaycan xalqının öz əlindədir”,- deyə o bildirib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət