Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Qərbi Azərbaycana təzyiq göstərmək kimi uğursuz cəhdlərdən əl çəkməyə çağırıb.
“Azərbaycana təzyiq göstərmək cəhdləri uğursuzluğa məhkumdur. Buna görə Qərb strukturları yaxşı olardı ki, bu mövqelərindən əl çəksinlər. Azərbaycan öz yolu ilə inkişaf edir və heç kim xalqla hakimiyyətin birliyini poza bilməz”,- S.Novruzov bazar ertəsi Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı bildirib. Parlamentin növbədənkənar iclası sentyabrın 10-da Avropa Parlamentinin Azərbaycana qarşı qətnamə qəbul etməsi ilə əlaqdar çağırılıb.
O qeyd edib ki, bu qüvvələr Azərbaycanda xaos və anarxiya yaratmağa cəhd edirlər.
“Avropadakı anti-Azərbaycan qüvvələri bir sıra QHT-lərin qanunsuz və dövlət əleyihinə yönəlmiş fəaliyyəti yolundakı maneələri aradan qaldırmağa, yalan fikirlərə əsaslanaraq Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər. Bu gün özünü hörmətdən salmış Avropa müxtəlif ölkələrə qarşı şantajla məşğuldur. Bu gün Avropada minlərlə miqrantı konslagerlərə qovur, onları təhqir edir, badalaq vururlar ki, yıxılıb şikəst olsunlar. Nə üçün Avropa Parlamenti bu vəziyyətə susur?”, - deyə deputat vurğulayıb.
O, həmçinin ölkədə fəaliyyət göstərən və Avropa qüvvələrinin mövqeyini dəstəkləyən beşinci kolona diqqət çəkib.
“Bu qüvvələr Milli Şuranın ətrafında birləşərək ermənipərəst qüvvələrin çaldığı ilə oynayırlar”,- deyə S.Novruzov bildirib.
Öz növbəsində Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, Avropadakı qeyri-leqal miqrantların taleyini ürək ağrısı ilə izləyir.
“Necə olur ki, 7 mln. kv.km ərazisi, 1 mlrd. əhalisi olan Avropa 100-200 min qaçqını qəbul edə bilmir, Azərbaycan isə öz gücü ilə 1 milyondan çox qaçqın və məcburi köçkünə kömək göstərib”,- deyə parlamentin spikeri sual edib.
“Onlara itə çörək atan kimi çörək atırlar. Belə kadrları görəndə ürəyim sıxılır. Bəs hanı avropalıların o tərifli humanizmi?”, - deyə O.Əsədov qeyd edib.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət