2 azərbaycanlı alimə Təbrizdə “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni” təqdim edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 15-də İran İslam Respublikasının Təbriz şəhərində ustad şair “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni”nin təqdimat mərasimi keçirilib. Beynəlxalq tədbirdə İran, Türkiyə və Azərbaycandan olan Şəhriyarsevərlər, ədəbiyyatçılar, ustad şairin irsini tədqiq edən alimlər iştirak ediblər.
Qeyd olunub ki, Şəhriyarın yaradıcılığı nəinki İranda, onun hüdudlarından kənarda da dərin izlər buraxıb. Xalqın milli özünəməxsusluğunu poetik dildə geniş kütlələrə çatdıran şairin xatirəsi daim xatırlanacaq və hörmətlə anılacaq.
Çıxışlardan sonra şairin yaradıcılığını araşdıran görkəmli alimlərə “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni” təqdim edilib
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevə öz elmi tədqiqatlarında ustad şair Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına geniş yer verdiklərinə görə bu mükafat təqdim edilib.
Tədbirdə Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əli Əlizadə və İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də iştirak ediblər.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət