ABŞ Konqresinin Nümayəndələr Palatasının 17 sentyabr tarixli plenar iclasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 130 illik yubileyi qeyd olunub. Bu münasibətlə, ABŞ-ın Arizona ştatından olan konqresmen Paul Gosar çıxış edib.
Çıxışın nüsxəsi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunub.
Çıxışının əvvəlində 18 sentyabr tarixinin “Üzeyir Hacıbəyli Günü” kimi tanındığını bildirən konqresmen, ölməz bəstəkarın Azərbaycan klassik musiqi sənətinin, o cümlədən tarixi-mədəni irsinin formalaşmasındakı rolundan danışıb.
O, Ü.Hacıbəylinin həyat və yaradıcılığı, o cümlədən müsəlman dünyasında ilk opera və operettanın banisi olması haqqında məlumat verərək, dahi bəstəkarınənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında yeni bir musiqi janrı yaratdığını qeyd edib. Konqresmen vurğulayıb ki, Ü.Hacıbəylinin yaradıcılığı sadəcə musiqi sahəsi ilə məhdudlaşmır, tarixi cəhətdən də böyük önəm kəsb edir. Konqresmen bildirib ki, savadsızlığın aradan qaldırılması və maarifçilik uğrunda mübarizə aparan Ü.Hacıbəylinin nəinki musiqiçi, həmçinin müəllim və jurnalist kimi apardığı fəaliyyət Azərbaycan sərhədlərini də aşan yeni mədəniyyət hərəkatının yaranmasına təkan vermişdi. P.Gosar, Ü.Hacıbəylinin Azərbaycan Demokratik Respublikasının tarixində oynadığı mühüm rol və Azərbaycanın ilk himinini bəstələməsi barədə də məlumat verib. Sonda konqresmen, Ü.Hacıbəylinin Azərbaycan və dünya müsiqi mədəniyyətinə verdiyi dəyərli töhfələrə görə dahi bəstəkarı bu gün anmaqdan şərəf duyduğunu bildirib.
Qeyd edək ki, bu, Ü.Hacıbəylinin xatirəsinin ABŞ Konqresində anılması ilə bağlı ilk hadisədir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət