Azərbaycan neft ixracı üzrə əməliyyatlara başladığı dövrdən (1997-ci ildə - İF-Az) dünya bazarlarına 390 mln. tondan artıq neft ixrac edib. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edib.
“Qeyd olunan həcmdən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarlarına 283 mln. ton, Bakı-Supsa neft boru kəməri ilə 74 mln. ton, Bakı-Novorossiysk neft boru kəməri ilə 12 mln. ton Azərbaycan nefti ixrac edilib”, - deyə X.Yusifzadə bildirib.
Daha 21 mln. ton Azərbaycan nefti Bakı-Gürcüstan dəmir yolu ilə dünya bazarlarına ixrac olunub.
O xatırladıb ki, 2014-cü ildə Azərbaycanda 42 mln. ton neft və 29,6 mlrd. kubmetr qaz hasil edilib. 33,7 mln. ton neft Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi üzrə operator) payına düşüb. Hesabat dövrü ərzində SOCAR tərəfindən hasilatın həcmi 8,3 mln. ton neft və 7,2 mlrd. kubmetr qaz təşkil edib.
“2015-ci ilin 8 ayı ərzində Azərbaycanda 27,8 mln. ton neft və 19 mlrd. kubmetr qaz hasil olunub. 22,3 mln. ton neft ABƏŞ-in, 5,5 mln. ton neft və 4,6 mlrd. kubmetr qaz SOCAR-ın payına düşüb”, - deyə X.Yusifzadə qeyd edib.
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət