Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə laboratoriyasının təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
“Biz praktiki vərdişlərin yüksəldilməsinə böyük əhəmiyyət veririk və buna görə də bizm ali məktəbdə praktiki məşğələlər xüsusi yer tutur”,- deyə təqdimat mərasimində İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib.
O deyib ki, bu ilin may ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi və təşəbbüsü ilə ali məktəbdə maliyyə laboratoriyası yaradılıb.
“Universitetdə seminar təşkil edilib, daha sonra bu sahəyə həsr edilmiş müsabiqələr keçirilib”,- deyə rektor qeyd edib.
Onun sözlərinə görə, laboratoriya ali məktəblə komitə arasında imzalanmış memorandum əsasında yaradılıb.
Qiymətli Kağzılar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı qeyd edib ki, bu müsabiqələrdə qalib gəlmiş tələbələr əlavə təqaüd alacaqlar.
O, həmçinin deyib ki, komitə bundan sonra da universitətə maliyyə və qiymətli kağızlar sahəsində yüksək ixtisaslı kadrlar hazırlamaqda dəstək olmağa hazırdır.
Daha sonra Bakı Fond Birjasının İdarə Heytinin sədri Fariz Əsgərov maliyyə laboratoriyasının texniki imkanları və funksiyaları barədə danışıb. O qeyd edib ki, laboratoriyada təlim-tədqiqat sahəsi yaradılıb və dörd dildə nəşr edilmiş vəsaitlər tələbələrin ixtiyarına verilib.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, bu laboratoriya tələbələrin gələcək inkişafına və maliyyə sahəsində bilik və bacarıqlarının yüksəlməsinə təkan verəcək.
“Gənclərin kreativ fikirlərini reallaşdırmaları üçün meydan verilərsə və yüksək ixtisaslı professor-müəllim heyəti toplanarsa, yüksək keyfiyyətli mütəxəssislər hazırlamaq olar”,- deyə nazir söyləyib.
“Biz praktiki biliklərə nə qədər çox diqqət yetirsək, təhsilin və peşəkarlığın səviyyəsi də bir o qədər yüksək olacaq”, - deyə o əlavə edib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət