Prezident İlham Əliyev İtaliyanın “Snam” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunacağına və iki şirkət arasında imzalanacaq Anlaşma Memorandumunun bu əməkdaşlığın perspektivlərini müəyyənləşdirəcəyinə ümidvar olduğunu bildirib.
Prezidentin rəsmi saytının xəbər verdiyi kimi, çərşənbə günü İ.Əliyev İtaliyanın “Snam” şirkətinin baş icraçı direktoru Karlo Malakarnenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə “Cənub” qaz dəhlizinin bütün tərəflər üçün çox əhəmiyyətli layihə olduğunu vurğulayan dövlət başçısı Azərbaycanın bu istiqamətdə aparıcı rol oynadığını qeyd edib. O, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən TANAP layihəsinin əhəmiyyətinə toxunaraq bildirib ki, ölkəmiz “Cənub” qaz dəhlizinin bütün seqmentlərində fəal təmsil olunur.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini söyləyən dövlət başçısı bu istiqamətdə İtaliyanın “Snam” şirkəti ilə Azərbaycan arasında müxtəlif sahələrdə güclü əməkdaşlığın həyata keçirilməsinin mümkün olduğunu deyib.
K.Malakarne rəhbərlik etdiyi şirkətin Avropada aparıcı infrastruktur operatorlarından olduğunu vurğulayaraq “Snam” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlıq etməsindən məmnunluğunu ifadə edib. O, bu əməkdaşlığın təkcə İtaliya deyil, Avropa səviyyəsində qaz təchizatı baxımından önəmini vurğulayıb.
Y.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət