Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bu ali məktəbə 690-700 bal arası yüksək nəticə göstərərək qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüş keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Rektor E.Qasımov Bakı Ali Neft Məktəbinə daxil olmağın hər bir tələbə üçün daim yeni üfüqlər açdığını, onlara həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni-yeni uğurlar əldə etməyə zəmin yaratdığını xatırladıb. O, Azərbaycan gəncləri olaraq BANM-in Prezident təqaüdçüsü adını qazanan tələbələrinə nailiyyətlərinin sevincinin davamlı olmasını arzulayıb.
E.Qasımov qeyd edib ki, tələbələrin hər bir nailiyyəti ali məktəbin uğurudur və Azərbaycanın intellektual gəncliyinin məhz Bakı Ali Neft Məktəbində təhsi alması qürurverici və mühüm hadisədir.
2015/2016-cı tədris ilində BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan doqquz nəfəri “Neft-qaz mühəndisliyi”, beş nəfəri “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, üç nəfəri isə “Kimya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, builki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur.
Bununla yanaşı, 2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir, hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən üçü Bakı Ali Neft Məktəbinə qəbul olub.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət