Oktyabr ayının 9-da Azərbaycan Dövlət Opera və Balet Teatrında Ukrayna və Çexiya balet ustalarının iştirakı ilə Adolf Adanın “Jizel” baleti nümayiş etdiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrın mətbuat xidmətindən məlumat verilib.
“Jizel” tamaşasında Ukrayna Milli Opera Teatrının aparıcı balerinası, Ukraynanın xalq artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin qızıl medal və mükafatlarının sahibi Olqa Qolitsa və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Van Yan (Çexiya) iştirak edəcəklər.
Teatrdan bildirilib ki, A.Adanın “Jizel” baleti dünya balet inciləri xəzinəsinə daxildir və baletsevərlər arasında çox məşhurdur. Tamaşa hər dəfə səhnəyə çıxarılanda böyük tamaşaçı auditoriyası toplayır. O.Qolitsa ən çox tələb olunan balerinalardandır. Onun Almaniya, Avstriya, İtaliya, Belçika, ABŞ, Fransa, Yaponiya, Hollandiya və İspaniyaya qastrol səfərləri çox böyük uğurla keçib. Qərb mətbuatı və teatr tənqidçiləri onun gözəlliyini və səhnə qabiliyyətini yüksək qiymətləndirirlər.
Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cavanşirovdur.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət