Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM) və Bakı Slavyan Universiteti (BSU) görkəmli dilşünas Sergey Ojeqovun anadan olmasının 115 illiyinə həsr olunmuş birgə pedaqoji mühazirə təşkil edib. Bu barədə RİMM-in məlumatında bildirilir.
Pedaqoji mühazirədə Azərbaycanın ali və orta məktəblərini təmsil edən rusist-filoloqlar, həmçinin BSU-nun tələbə və magistrləri iştirak ediblər.
BSU-nun filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Zemfira Vəliyeva iştirakçıları salamlayıb. Diskussiyada Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, BSU-nun professoru Lidiya Qranovskaya, BSU-nun Müasir rus dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor İlyas Həmidov, BSU-nun Ümumi dilçilik kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Qalina Udalıx iştirak ediblər.
Mühazirənin sonunda Rusdilli Təhsil Müəssisələri MüəllimlərininAssosiasiyasının sədri Lyubov Yakunina söyləyib: “Bu gün burada filoloq alimlər, praktiklər toplanıb. Görkəmli dilşünas Sergey Ojeqovun əsərləri rus dilinin tədrisi problemlərinin və bu prosesə müasir yanaşmanın müzakirəsi üçün ciddi səbəbdir. Bu əsərlər bu və ya digər sözün əsl mənasını qoruyub saxlamağa və bu dili öyrənənlərə çatdırmağa imkan verir”.
Məlum olduğu kimi, S.Ojeqov 1949-cu ildə özünün məşhur “Rus dilinin izahlı lüğəti”ni nəşr etdirib. Bu kitabda rus dilinə aid 1000 sözün izahı verilib. Alim bu kitabı 6 dəfə yenidən nəşr etdirə bilib. Onun tələbələrinin səyləri ilə isə kitab sonralar daha 16 dəfə yenidən nəşr olunub.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət