Bağdad Bakı ilə terrorçuluqla mübarizə üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı bəyan edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Əl-Cəfəri İraqın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb.
E.Məmmədyarov tarixən Azərbaycan və İraq xalqları arasında dost münasibətlərin olduğunu qeyd edərək, Bağdad və Bakı arasında birbaşa uçuşların fəaliyyətə başlamasının iki olkə arasındakı əməkdaşlığa önəmli töhfə verəcəyini bildirib.
XİN başçısı Azərbaycanın ərazi bütövlü və suverenliyinin beynəlxalq formatlarda, eləcə də BMT Baş Assambleyasında İraq tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
İki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar olduğunu deyən E.Məmmədyarov iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə hər iki ölkənin işgüzar dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin və birgə biznes forumların keçirilməsinin vacib olduğunu qeyd edib. O, Azərbaycanın xüsusilə enerji sahəsində İraqla əməkdaşlıqda maraqlı olduğunu bildirib.
E.Məmmədyarov iraqlı həmkarını Azərbaycana səfərə dəvət edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət