Azərbaycanın 12 regionunda məktəb müəllimlərinin mərkəzləşdirilmiş diaqnostik qiymətləndirilməsi keçiriləcək. Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyevbazar ertəsi mətbuat konfransında məlumat verib.
"Qiymətləndirməni ilin sonuna kimi yekunlaşdırmaq planlaşdırılır. Nəticələr isə gələn ilıin əvvəlində açıqlanacaq", - deyə o bildirib.
İ.Nağıyevin sözlərinə görə, yoxlamalar Sumqayıt, Gəncə, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda aparılacaq.
Bundan başqa, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov qeyd edib ki, gələcəyin müəllimlərinin stimullaşdırılması ilə bağlı ötən ildən etibarən həyata keçirilən layihə bu il də davam edir.
"Belə ki, ötən il olduğu kimi, bu il də 500-dən çox bal toplayaraq pedaqoji ixtisas üzrə daxil olan ilk 300 nəfər təqaüdlərinə əlavə olaraq 100 manat alacaq", - deyə o söyləyib.
Şöbə müdiri onu da əlavə edib ki, bu il ali məktəblərə daxil olmuş abituriyentlərin topladığı orta bal 364 bal olub.
Bu günə qədər mərkəzləşdirilmiş diaqnostik qiymətləndirmə yalnız Bakı şəhərində keçirilib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət