Azərbaycan hökuməti iri dövlət müəssisələrinin mümkün özəlləşdirilməsinə ehtiyatla yanaşır. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“Biz bəzi müəssisələrə maliyyə sərbəstliyi verə bilmərik, xüsusilə tarif siyasəti səbəbindən. Məsələn, su və ya elektrik təchizatı üzrə dövlət müəssisələri öz tariflərinin müəyyən edilməsində sərbəst deyillər. Məsələnin sosial tərəfini nəzərə alaraq, biz özəlləşdirmənin əhali üçün çətinliklərə səbəb olmasını istəmərik”, - deyə S.Şərifov çərşənbə günü parlament komitələri tərəfindən 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Bundan əvvəl isə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirmişdi ki, Azərbaycan hökuməti 2016-cı ildə özəlləşdirmədən 100 mln. manat vəsaitin əldə olunmasına ümid edir. Onun sözlərinə görə, gələn il özəlləşdirmədən əldə olunacaq gəlirlərin həcmi 2014-cü ilin faktiki göstəricisindən 3,1 dəfə çox olacaq. 2015-ci ilə olan proqnoz göstəricisi isə 3,4 dəfə artıqdır. Sonuncu dəfə özəlləşdirmədən bu həcmdə gəlir 2008-ci ildə əldə olunub.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət