Azərbaycan NATO üçün regionda güclü və etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu barədə Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çiobanu çərşənbə günü keçirilən “NATO-Azərbaycan tərəfdaşlığının hazırkı durumu və perspektivləri” mövzusunda dəyirmi masada bəyan edib.
K.Çiobanunun “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata əsasən, NATO-nun Azərbaycandakı rezident-əlaqələndiricisi qismində Rumıniya səfirliyinin keçirdiyi tədbirdə NATO-ya üzv ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşeləri, NATO-nun Cənubi Qafqaz üzrə ofisinin nümayəndələri iştirak ediblər.
“NATO Azərbaycanla əməkdaşlığa böyük önəm verir”, - deyə K.Çiobanu vurğulayıb. Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində son günlər ərzində Bakıda bir neçə mühüm tədbir keçirilib. Oktyabrın 8-də isə Rumıniya səfirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatı ilə birlikdə NATO-Azərbaycan əlaqələrinə dair görüş təşkil edəcək
Tədbir zamanı NATO-nun Cənubi Qafqaz ofisinin siyasi müşaviri Jiri Preklik iştirakçılara alyansın Azərbaycana dair siyasətinin son dövrdə inkişafı barədə məlumat verib. NATO-nun Cənubi Qafqaz üzrə ofisinin hərbi müşaviri Maksimilian Eder təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın əsas elementlərini təqdim edib.
Tədbir iştirakçıları Bakı və Brüsselin əməkdaşlığının müsbət təcrübəsinə dair fikir mübadiləsi aparıblar.
Məlumatda qeyd olunur ki, Rumıniya səfirliyi gələcəkdə münasibətlərin dərinləşməsi məqsədi ilə möhkəm zəminin təminatı vasitəsi kimi NATO-nun dəyərləri barədə Azərbaycan gənclərinin məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi diqqət ayırır. Bununla əlaqədar səfirlik NATO və Azərbaycan arasında əməkdaşlığın inkişafına yardım etmək üçün ictimai diplomatiya tədbirlərini davam etdirəcək. “Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət kimi Rumıniya bundan sonra da NATO ilə respublika arasında tərəfdaşlığı dəstəkləyəcək”, - deyə səfir qeyd edib.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət