Azərbaycan idman yarışlarında ədalət prinsipinin təmin edilməsinə böyük önəm verir. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bəyan edib.
“Azərbaycan idmanda ədalət dəyərlərinin təmin edilməsində Olimpiya hərəkatının beynəlxalq prinsiplərini rəhbər tutur”, - deyə A.Rəhimov Avropa Ədalətli Oyunlar Hərəkatının və Beynəlxalq Ədalətli Oyunlar (Fair Play) Komitəsinin birgə konqresində, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 21-ci Baş Assambleyasında və ədalətli oyunlar üzrə mükafatlandırma mərasimində bildirib.
Onun sözlərinə görə, cari ilin iyun ayında Bakıda keçirilmiş tarixdə ilk Avropa Oyunları zamanı “Fair Play” prinsipinin təmin edilməsinə böyük diqqət ayrılıb.
“Azərbaycan prezidenti və eyni zamanda, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev olimpiya dəyərlərinin qorunub saxlanılması və ədalət, onlara riayət olunma prinsiplərinə xüsusi diqqət ayırır. Ədalətli oyun prinsipi Olimpiya hərəkatının ayrılmaz hissəsidir və Azərbaycanda bu prinsipə riayət etməyə çalışırlar”, - deyə A.Rəhimov qeyd edib.
Konqresdə prezident İ.Əliyev Beynəlxalq Olimpiya Komitəsi tərəfindən idmanın inkişafı və “Fair Play” prinsipinin dəstəklənməsinə görə “Ədalətli oyun” medalı ilə təltif olunub. Mükafatı gənclər və idman naziri qəbul edib.
AƏOH-nın prezidenti Kristian Hinterberqer Azərbaycan tərəfinə konqresin Bakıda keçirilməsi təşəbbüsünə görə minnətdarlığını bildirib.
“İdman sosial dialoqun inkişafına yardım edir və sülhün dərinləşməsinə töhfə verir”, - deyə K.Hinterberqer qeyd edib.
O vurğulayıb ki, tədbirdə maraqlı mövzular müzakirə olunacaq.
Cari ilin iyun ayında Azərbaycanın ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirdiyini qeyd edən AƏOH prezidenti bildirib ki, “Bakı-2015” zamanı ədalətli oyunlar prinsipinə əsaslanan kifayət qədər çox məqamlar olub.
Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin rəhbəri Yeno Kamuti azərbaycanlı idmançıların ədalətli oyunlar prinsipinə tərəfdar olduqlarını qeyd edib.
“Azərbaycan ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirib. Oyunlar zamanı bayram əhval-ruhiyyəsi hökm sürürdü. Bugünkü konqress demək olar ki, Avropa Oyunlarının davamıdır”, - deyə o söyləyib.
Y.Kamutinin sözlərinə görə, bir çox cəmiyyətdə təhlükəsizliyin təminatı ilə əlaqədar böhranın müşahidə olunduğu bir vaxtda idman sülhün təminatına imkan yaradan amildir.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət