Oktyabrın 9-da Bakıda 9-cu “Təhsil və karyera” sərgisi öz işinə başlayır. Bu barədə layihənin meneceri Aliyə Nəcəfli sərginin keçirilməsinə həsr olunmuş mətbuat konfransında məlumat verib.
“Sərgidə dünyanın 16 ölkəsindən 124 müəssisənin iştirakı gözlənilir. 15-dən artıq ödənişli və ödənişsiz fakültə, kurslar, müxtəlif ixtisaslar üzrə proqramlar sərginin ekspozisiyasını təşkil edir”, - deyə A.Nəcəfli bildirib.
Onun sözlərinə görə, iştirakçılar arasında Azərbaycan, Rusiya, Latviya, Litva, Niderland, BƏƏ, Polşa, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin ali məktəbləri, kollecləri, kursları, treninq mərkəzləri və dövlət təşkilatları var.
“Sərgidə Latviya, Litva, Polşa, Türkiyə və Amerika azərbaycanlı tələbələrin xaricdə təhsil almaq imkanları barədə məlumatın olduğu milli stendlər təqdim edəcəklər. Bu il Latviya və ABŞ sərgidə ilk dəfə iştirak edir”, - deyə o bildirib.
O, həmçinin qeyd edib ki, sərgi məşğulluq, rekrutinq üzrə (personalın seçimi və qiymətləndirilməsi) mütəxəssislərlə peşəkar ünsiyyət imkanı nöqteyi-nəzərindən unikal ixtisaslaşmış platformadır.
““Akkord”, “Azercell”, “Azersu”, “Baku Grand Prix”, “Gilan Holding”, “Halliburton” (АBŞ), SOCAR və digər şirkətlərin, “Bakı Metropoliteni” QSC-nin sərgidə iştirak edən nümayəndələri neft və qaz, telekommunikasiya, nəqliyyat, maliyyə, su təchizatı, energetika, satış və marketinq sahəsində vakansiyalar təklif edəcəklər”, - deyə A.Nəcəfli əlavə edib.
Tədbir oktyabrın 11-dək davam edəcək.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət