Rusiyalı alimlər Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda məruzə ilə çıxış ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentiyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Neytron fizikası laboratoriyasının 60 illik elmi tədqiqatlarına dair Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.
Tədbiri institutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb. O, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Neytron fizikası laboratoriyasının direktoru, professor Valeriy Şvetsovu salamlayıb, yubileylə əlaqədar onu və rəhbərlik etdiyi kollektivi təbrik edib.
Sonra qonaq laboratoriyanın uzunmüddətli fəaliyyəti, o cümlədən tədqiqatları və nailiyyətləri, mühüm nəticələri barədə məruzə ilə çıxış edib. Mövzu çərçivəsində BNTİ-nin Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri, texnika elmləri doktoru Sergey Tyutyunnikovun da çıxışı dinlənilib. Tədqiqatlarla bağlı məlumatlar seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.
Daha sonra “Yer qabığında yüksək dəqiq temperatur müşahidələri: nəticələr və onların tətbiqi (Azərbaycan ərazisi üçün)” mövzusunda məruzə dinlənilib. GGİ-nin Geotermiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Abdulvahab Muxtarov mövzu üzrə aparmış olduğu tədqiqatların nəticələrindən bəhs edib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət