2016-cı ildə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd. 290 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə axşamı parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
“Gələn il SOCAR tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd. 290 mln. manat təşkil edəcək. Bu, 2015-ci ilin proqnoz göstəricisindən 210 mln. manat və ya 14% azdır”, - deyə S.Şərifov qeyd edib.
Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycanda PSA (Hasilatın pay bölgüsü haqqında sazişlər) tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmalar 500 mln. manat məbləğində proqnozlaşdırılır.
“2016-cı ildə Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə 500 mln. manat məbləğində vəsaitin ödəniləcəyi nəzərdə tutulub. Bu, 2015-ci ilə olan proqnozdan 300 mln. manat və ya 37,5% azdır”, - deyə S.Şərifov qeyd edib.
2016-ci ildə neft-qaz şirkətləri üçün vergi ödənişləri üzrə proqnoz neftin bir barelinin orta qiyməti $50 olmaqla müəyyən edilib.
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyirlər. Dövlət büdcəsinə mənfəət vergisi üzrə faktiki ödənişlər dünya bazarlarında neftin faktiki qiyməti əsasında həyata keçirilir.
Azərbaycan müstəqillik qazandıqdan sonra neft-qaz yataqlarının işlənməsi haqqında 30-dan artıq PSA tipli müqavilə imzalayıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət