Türkiyə Azərbaycanla sərhəddə İğdır vilayəti ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən Dilucu sərhəd keçid məntəqəsini yenidənqurma işlərindən sonra istifadəyə verib. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.
“Dilucu sərhəd keçid qapısının yenidən qurulması ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacaq, malların və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinə əlavə stimul verəcək”,- deyə məlumatda bildirilir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov bildirib ki, 1992-ci il mayın 28-də Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Burada gömrük xidmətinin təşkili Azərbaycanın Naxçıvan Muxtar Respublikasının və Türkiyənin şərq vilayətlərinin, o cümlədən İğdırın inkişafına yol açıb.
Türkiyə ilə Azərbaycan, o cümlədən Naхçıvan arasında başqa sahələrdə оlduğu kimi gömrük işi sahəsində də qarşılıqlı anlaşma şəraitində möhkəm əlaqələrin mövcud olduğunu vurğulayan A.Məmmədov sоn illərdə münasibətlərin daha da dərinləşməsi, birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl işlərin həyata keçirildiyini deyib.
“Gömrük orqanlarımız 24 saat fəaliyyət göstərir. Sədərək-Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılır. Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə Respublikası tutur”,- deyə o qeyd edib.
N.Abbasoba
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət