Çərşənbə günü AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 95 illiyi qeyd edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
“Azərbaycan Tarixi Muzeyində hər zaman görkəmli və ölkəsinə sadiq şəxslər çalışıb. Bu elm və mədəniyyət xadimləri bu gün burada gördüklərimizi qoruyub saxlamaq üçün əllərindən gələni ediblər. Biz də onlar kimi bunları gələcək nəsillərə ötürməliyik”, - deyə muzeyin direktoru Nailə Vəlixanlı mərasimdə bəyan edib.
Onun sözlərinə görə, müstəqillik illərində Azərbaycan daha çox şeyə nail olub, nəinki SSRİ illərində. “O zaman tariximizi təhrif edirdilər, zəngin tarix və mədəniyyətimizə aid faktlar çox zəif formada təqdim olunurdu”, - deyə o əlavə edib.
Mərasimdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, hazırda muzey müstəqil Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. “Azərbaycan Tarixi Muzeyinin 95 illiyi hər birimiz, hər bir ölkə vətəndaşı üçün vacib hadisədir”, - deyə o bildirib.
“Tarixi Muzeyinin funksiyaları hər zaman milli dəyərlərin qorunub saxlanılması və onların böyüyən nəslə çatdırılması işində xüsusi əhəmiyyət kəsb edib”, - deyə vitse-prezident qeyd edib.
Bununla əlaqədar İ.Həbibbəyli bildirib ki, Azərbaycan muzeyi ümumilikdə elmin və ölkənin inkişafına böyük töhfə verir.
Muzeyin yubileyi ilə əlaqədar sərgi təşkil olunub, həmçinin “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçirilib. Muzey Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə əməkdaşlığı çərivəsində təşkil olunub.
Muzeyin tarixinə həsr olunan sərgi çərçivəsində muzeyin direktoru, akademik Nailə Vəlixanlının müəllifi və tərtibatçısı olduğu “Milli Azərbaycan Tarixi Muzeyi – 95” kitab-albomunun da təqdimatı olub.
“Virtual Qarabağ Tarixi Muzeyi” layihəsi 32 muzey və şəxsi kolleksiyadan Qarabağa həsr olunmuş 900-ə yaxın eksponatdan ibarətdir.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət