Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT-in Daimi Şurasının növbəti iclasında təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mandatını pozması məsələsini qaldırıb. Bu barədə AZƏRTAC dövlət informasiya agentliyinin məlumatında deyilir.
Daimi nümayəndəliyin bəyanatında bildirilib ki, nümayəndəlik səlahiyyətini aşaraq noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyası göndərməkdən imtina etmiş DTİHB ilə yaranmış vəziyyətdən çıxış üçün intensiv danışıqlar aparıb.
Tam tərkibli müşahidəçi missiyasının bərpa edilməsinin bu mərhələdə mümkünsüz ola biləcəyini nəzərə alaraq, Azərbaycan tərəfi qarşıdan gələn parlament seçkilərində DTİHB-nin başqa formada iştirakını nəzərdən keçirməyə hazır olduğunu bildirib: “Təəssüf ki, DTİHB heç bir tutarlı arqument göstərmədən iştirakçı dövlətin dəvəti əsasında ona yardım göstərməkdən məqsədyönlü şəkildə imtina edib”.
Azərbaycan DTİHB-nin bu qeyri-konstruktiv mövqeyini qurumun mandatına və ATƏT-in əməkdaşlıq ruhuna zidd olduğunu və qurum tərəfindən DTİHB-ə həvalə edilmiş mandatı pozmasına zəruri qiymət verilməsinin vacib olduğunu bəyan edib.
“Bu, təəssüf doğurur, çünki ATƏT-in Parlament Assambleyası Azərbaycanla əməkdaşlıq prosesindən kənardır və burada iştirak etmir. Eyni zamanda, onların digər təsisatlardan olan həmkarları və parlament üzvləri qarşılıqlı əlaqədə olmağı üstün tuturlar. Azərbaycan əməkdaşlıqdan imtina etməyib, ATƏT PA seçkiləri müşahidə etməkdən imtina edib, beləliklə, çağırış bizə deyil, əməkdaşlığı bərpa etmək üçün Assambleyaya ünvanlanmalıdır”, - deyə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin bəyanatında deyilir.
Sənəddə vurğulanır ki, Azərbaycanda “dəvətimizi qəbul etməyən ATƏT PA, Avropa Parlamenti və digər strukturlar olmadan da hər şey yaxşıdır”.
“Mən şəxsən Vyanada direktor Link ilə görüşdüm və o, seçkilər günü DTİHB-nin ekspertlərinin göndərilməsi məsələsinə baxmağa söz verdi. Bunu onun buradakı nümayəndələri də təsdiq edə bilər. Anlaşılmazlıq onun bizimlə razılaşaraq seçkiləri müşahidə etməklə bağlı qərar verməsi və daha sonra fikrini dəyişməsindən sonra yarandı”, - deyə bəyanatda qeyd olunur.
Sənəddə vurğulanır ki, Azərbaycan hələ də inanır ki, DTİHB ATƏT-ə üzv ölkələrin gözləntilərini doğruldacaq.
“İstənilən kömək təmin olunmayana qədər hazırda müşahidə olunan etimadsızlıq və etibarlı münasibətlərin çatışmadığı şərtlərdə əməkdaşlıq edə bilməyəcəyik. Məndən öncə çıxış edən nümayəndə heyətlərinin əksəriyyətinin hələ də mart ayından avqust ayına qədər baş tutmuş məsləhətləşmələr prosesini xatırladıqlarını görəndə bu qərarların haradan qaynaqlandığına daha da əmin oluruq. Düşünürəm ki, direktor Linkin hələ də qəbul etdiyi qərarın (11 sentyabr tarixində Azərbaycandakı müşahidə missiyasının ləğvi ilə bağlı - İF-Az) düzgün olduğunu hesab etməsi problemlərdən biridir”, - deyə daimi nümayəndəliyin bəyanatında deyilir.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət