11 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Mərkəz tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq məqsədi ilə iş aparır.
Buna görə Təhsil Nazirliyi “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramlarını təsdiq edib. 2015-2016-cı dərs ilində artıq 11 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir.
Belə ki, Bolqarıstan, Gürcüstan, Rusiya, Litva, Çexiya İtaliya, Belarus, Portuqaliya, Ukrayna, İsveçrə və Türkiyənin ali məktəblərində “Azərbaycan multikulturalizmi fənni tədris edilir.
Ötən il “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri paralel olaraq ölkəmizdəki 7 ali təhsil ocağında da müvəffəqiyyətlə tədris olunub.
2015-2016-cı tədris ilində isə Azərbaycanın 20 ali təhsil ocağında tədris olunub, paytaxtdakı ali məktəblərlə yanaşı, layihə Gəncə, Naxçıvan, Lənkəran, Mingəçevir və Sumqayıtda yerləşən təhsil müəssisələrini də əhatə edib.
“Azərbaycan multikulturalizmi” fənnini bakalavr və magistrlər də öyrənirlər.
Dövlət müşaviri, akademik Kamal Abdullayevin tövsiyəsi ilə Mərkəz ölkəmizdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin daha çox texniki yönümlü, qeyri-humanitar ixtisaslı mütəxəssis hazırlayan universitetlərdə geniş tədris edilməsini planlayır. Məqsəd həmin texniki universitetlərdə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti haqda ümumi biliklərin bir fənn - “Azərbaycan multikulturalizmi” çərçivəsində əhatəli tədrisinə nail olmaqdır. Yaxın gələcəkdə həmin universitetlərdə bu fənlər üzrə kafedraların yaradılması istiqamətində də işlər görülür.
Bakı Slavyan Universitetinin elmi şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü ilə “Azərbaycan multikulturalizmi” kafedrası ötən tədris ilindən başlayaraq fəaliyyətə başlayıb.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət