Gələn ilin əvvəlinə qədər diaqnostik qiymətəndirmədən keçmiş müəllimlərin sayı 40%-ə çatacaq. Bu barədə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov məlumat verib.
“Ölkədə müəllimlərin 20%-i artıq diaqnostik qiymətləndirmədən keçib və onların əmək haqqı artırılıb. Yanvarın 1-nə qiymətləndirmə müəllimlərin 40%-ni əhatə edəcək. Yaxın vaxtlarda Azərbaycanın daha 12 rayon və şəhərində diaqnostik qiymətləndirmə aparılacaq”,- deyə M.Cabbarov cümə axşamı Bakıda təhsil işçilərinin mükafatlandırılma mərasimində çıxış edərkən bildirib.
Onun sözlərinə görə, pedaqoji ixtisas üzrə daxil olmuş və 500-dən çox bal toplamış 600-dən artıq tələbəyə Təhsil Nazirliyi tərəfindən əlavə təqaüd verilir.
“Məktəb yalnız gənc nəslin təhsil aldığıl yer olmamalıdır. Məktəb şagrdlərin hərtərəfli inkişaf etdiyi məkan olmalıdır”,- deyə nazir qeyd edib.
Bununla yanaşı o əlavə edib ki, bu istiqaməti seçən abituriyentlərin sayı əhəmiyyətli dərəcədə artıb.
Nazir əlavə edib ki, ölkədə gənc müəllimlərin, xüsusən çalışmaq üçün ölkənin regionlarına üz tutan müəllimlərin strimullaşdırılması sahəsində böyük uğurlar əldə edilib.
“Hansı layihə və proqramı həyata keçirməyimizdən asılı olmayaraq, hər zaman ölkə rəhbərliyinin dəstəyini hiss edirik”,- deyə nazir bildirib.
O deyib ki, ölkə rəhbərliyi hər zaman təhsil sahəsinin işçilərinə xüsusi diqqət yetirir, şəxsən prezident özü bu sahədə çalışan insanlara böyük qayğı ilə yanaşır.
M.Cabbarov ölkədə müəllimin nüfuzunun yüksəldilməsinə yönəlmiş tədbir və layihələr barədə söz açıb və müəllimlərin peşəkarlığının artırılmasının vacibliyini qeyd edib.
Cümə axşamı Bakıda nazir M.Cabbarov təhsil sahəsində çalışan bir sıra şəxsləri mükafatlandırıb. Mükafatlandırma mərasimi oktyabrın 5-də qeyd edilən Müəllimlər günü münasibəti ilə təşkil edilib. Tədbir Tahir Həsənov adına 23 saylı orta ümumtəhsil məktəbində baş tutub.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət