SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin yanvar-oktyabr aylarında qazma işlərinin həcmini 2014-cü ilin analoji dövrü ilə müqayisədə 14,1% - 92,323 min metrədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Bununla yanaşı, kəşfiyyat qazma işlərinin həcmi 1 min metr (azalma 45,2%), istismar qazma işlərinin həcmi 91,323 min metr (azalma 13,5%) təşkil edib.
Cari ilin oktyabr ayında SOCAR üzrə qazma işlərinin həcmi 9,174 min metr təşkil edib (2014-cü ilin oktyabr ayı ilə müqayisədə artım 5,3%). Bu həcm istismar qazma işlərinin payına düşüb.
2015-ci ilin yanvar-oktyabr aylarında SOCAR-ın qazma idarələri tərəfindən 59, o cümlədən oktyabr ayında 4 yeni quyu istismara verilib.
Daha əvvəl SOCAR-ın neft və qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən məlumat verilib ki, şirkətin öz yataqlarında həyata keçirdiyi qazma işlərinin həcmi 138,6 min metr təşkil edəcək. Bununla yanaşı, şirkət il ərzində 93 quyu istismara verməyi planlaşdırır.
Xəbər verildiyi kimi, 2014-cü ildə SOCAR üzrə qazma işlərinin həcmi 127,346 min metr, o cümlədən istismar qazma işlərinin həcmi 124,718 min metr, kəşfiyyat qazma işlərinin həcmi 2,628 min metr təşkil edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət