Amerikanın Tennessee Universitetinin Tibb Elmləri Mərkəzinin direktoru, professor Alvo Weir Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında “Yoğun bağırsaq xərçəngi” mövzusunda mühazirə oxuyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMU-dan məlumat verilib.
Mühazirədən əvvəl professor A.Weir ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovla görüşüb. Ə.Əmiraslanov belə mühazirələrin və qarşılıqlı fikir mübadiləsinin həkim-mütəxəssislər, o cümlədən rezidentlər üçün əhəmiyyətli olduğunu bildirib.
O, həmçinin ATU-nun Onkoloji Klinikası haqqında da qonağa məlumat verib. “Onkoloji klinikamız 100 çarpayılıqdır. Onkologiya sahəsində elə əməliyyat yoxdur ki, bu klinikada icra olunmasın”, - deyə rektor bildirib.
Qeyd edək ki, professor A.Weir ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Fulbright mütəxxəssis proqramı” çərçivəsində Bakıya gəlib. Professor 3 həftə ərzində ATU-nun bütün klinikalarında mühazirə oxuyacaq.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət