Müdafiə Nazirliyi cümə axşamı hərbi mövzularda yazan jurnalistlər üçün xüsusi kurslar keçirməyə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Müdafiə Nazirliyinin Təlim-TədrisMərkəzində “Ekstremal situasiyalardaişləyən jurnalistlərin psixoloji vətəcrübi öyrədilməsi” mövzusunda kurslar təşkil olunub.
Məqsəd normativ hüquqi biliklərin artırılması, hərbi əməliyyatlar və terror aktları zamanıı hadisələri işıqlandıran jurnalistlərin təcrübə və digər zəruri keyfiyyətlərinin yüksəldilməsidir.
Layihənin rəhbəri, “Dinc Dünya” Araşdırmalar Mərkəzinin rəhbəri Əlisəfa Mehdiyev qeyd edib ki, 2014-cü ilin avqust ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xətiində məlum toqquşmalardan sonra ölkə KİV-ləri həmin hadisələrin işıqlandırılmasında qeyri- peşəkarlıq və qeyri-obyektivlik nümayiş etdirdilər. Bu təlimlərin əsas məqsədi jurnalistlərə ekstremal vəziyyətlərdə özlərini qorumaq bacarığı aşılamaqdan ibarətdir”,- deyə Ə.Mehdiyev qeyd edib.
Təlimlər iki mərhələdə keçiriləcək - Müdafiə Nazirliyinin TəlimTədrisMərkəzində keçiriləcək nəzəri hissə və səhra şəraitində keçiriləcək praktiki hissə. Təlimlərə Azərbaycan mediasının 50-dən çox nümayəndəsi cəlb edilib.
Layihənin müəllifi “Dinc Dünya” Araşdırmalar Mərkəzidir. Təlimlər Müdafiə Nazirliyinin, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə keçirilir. Layihədə donor rolunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası çıxış edir.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət