SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ildə Türkiyənin “Petkim” neft-kimya kompleksi ərazisində “Petkojen” kogenerasiya bölməsinin tikintisinə başlamağı planlaşdırır. Bu barədə cümə axşamı jurnalistlərə SOCAR-ın Sərmayələrİdarəsinin rəismüaviniZaurQərhəmanov məlumat verib.
“2015-ci ilin sonuna qədər biz bu layihə çərçivəsində bütün tenderləri başa çatdırmağı və artıq 2016-cı ildə obyektin tikintisinə başlamağı düşünürük. Tikinti işləri 2-2,5 il vaxt aparacaq”,- deyə Z.Qəhrəmanov qeyd edib.
O bildirib ki, onun istismara verilməsi həm “Petkim” kompleksini, həm də “Star” NEZ-i elektrik enerjisi ilə təmin etməyə və elektrik enerjisinin bir hissəsini İzmir əhalisinə satmağa imkan verəcək.
““Petkojen” – SOCAR-ın elektrik enerjisi sahəsində atdığı ilk addımdır və bu, şirkətə neft-qaz şirkətindən enerji şirkətinə çevrilməyə imkan verəcək”,- deyə Z.Qəhrəmanov qeyd edib.
O, həmçinin bildirib ki, bu layihənin maliyyələşdirilməsi məsələsi hələ ki, açıq qalıb.
“Biz Türkiyə bankları, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə müvafiq danışıqlar aparırıq. Həmçinin Çin tərəfi də layihəyə maraq göstərir. Ümumilikdə bu layihəyə böyük maraq var”, - deyə o qeyd edib.
“SOCAR Power Enerji Yatirimlari” 2016-cı ildə Türkiyədə “Petkim” neft-kimya kompleksinin ərazisində kogenerasiya bölməsinin birinci mərhələsini istismara verməyi planlaşdırıb.
“Petkojen” elektrik enerjisi və buxar istehsalı üçün ucuz idxal kömürü ilə işləyəcək ki, bununla da enerji resurslarına 30% qənaət ediləcək.
Bu stansiyanın gücü 293 Mvt elektrik enerjisi və 1700 ton/saat buxar istehsal etməyə imkan verəcək. Layihə $670 mln. dəyərində qiymətləndirilir.
N. Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət