Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2015-ci il üçün Azərbaycanda ÜDM-in artımını 3% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın noyabr ayına olan icmalında qeyd olunur.
May ayında AYİB 2015-ci il üçün Azərbaycanda ÜDM-in artımını 1,5% səviyyəsində proqnozlaşdırmışdı.
2016-cı ildə respublikada iqtisadi artım 2,5% səviyyəsində proqnozlaşdırılır (may ayına olan proqnoz 1,5% olub).
“2013-cü ildə Azərbaycanda iqtisadi artım 5,8%-dən 2014-cü ildə 2,8%-dək azalıb, bu isə neft hasilatının azalması ilə əlaqədardır. 2015-ci ilin yanvar-sentyabr aylarında iqtisadiyyat 3,7% artıb, qeyri-neft sektorunda artım 6,4% təşkil edib. Bu səbəbdən biz 2015-ci il üçün iqtisadi artımı 3%, 2016-cı il üçün 2,5% səviyəsində proqnozlaşdırırıq”, - deyə icmalda qeyd edilir.
AYİB-in qiymətləndirmələrinə görə, neftin qiymətinin ucuzlaşması Azərbaycanda valyuta ehtiyatlarının azalmasına səbəb oldu. “Buna baxmayaraq, Azərbaycanda likvidlik mövqeyi güclü olaraq qalır: 2014-cü ilin yekunları üzrə Dövlət Neft Fondunun aktivləri və Mərkəzi Bankın valyuta ehtiyatları ümumilikdə nominal ÜDM-in təxminən 56%-ni təşkil edir, dövlət borcu aşağı səviyyədədir və ÜDM-in təxminən 15%-ni təşkil edir”, - deyə icmalda vurğulanır.
AYİB hesab edir ki, 2015-ci ilin fevral ayında manatın devalvasiyası maliyyə və tədiyyə balansına təzyiqin qarşısını almağa kömək etməklə yanaşı, “bank sektorunda problemlərə səbəb oldu”.
Azərbaycan hökuməti 2015-ci ildə ÜDM-in 3,3%, 2016-ci ildə 1,8% artacağını proqnozlaşdırır.
2014-cü ildə Azərbaycanda ÜDM 2,8% artıb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət