Ailənin möhkəmləndirilməsi, mənəvi və mədəni dəyərlərin qorunması işində maarifləndirici işlərin görülməsi böyük əhəmiyyətə malikdir. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Azərbaycan ailəsi” film festivalının bağlanış mərasimində söyləyib.
“İctimaiyyətin ailə dəyərlərinin möhkəmləndirilməsi nöqteyi-nəzərindən məlumatlandırılması və bununla bağlı bugünkü layihə - film festivalı çox əhəmiyyətlidir”, - deyə H.Hüseynova öz çıxışında bildirib. Onun sözlərinə görə, artıq yeddinci ildir bu festival təşkil olunur.
“Layihə iştirakçılarından heç kim uduzmur, əsas iştirakdır”,- deyə komitə sədri bildirib. BMT Əhali Fondunun Bakı ofisinin baş müşaviri Fərid Babayev isə öz çıxışında qeyd edib ki, Azərbaycan ailəsi modeli hər zaman milli ənənələrə sadiqlik baxımından nümunə olub. Kinematoraf kimi incəsənət növü vasitəsi ilə cəmiyyətə ailə institutunu möhkəmləndirmək üçün lazımi və düzgün anlayışları çox asanlıqla çatdırmaq olar.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, respublikanın xalq artisti Şəfiqə Məmmədova qeyd edib ki, layihədə iştirak etmək üçün İran, Macarıstan, Özbəkistan, Rusiya və İsveçdən iştirakçılar öz işlərini təqdim ediblər.
“Festivalın yaşının az olmasına baxmayraq, onun coğrafiyası ildən-ilə genişlənir, bu il 36 iştirakçı münsiflər heyətinə 39 kino işi təqdim edib”,- deyə Ş.Məmmədova qeyd edib.
Bu layihə hər il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və BMT Əhali Fondunun təşkilatçılığı ilə həyata keçirilir.
Tədbir çərçivəsində “Həyatdan şəkilə” foto müsabiqəsinin qalibləri mükafatlandırılıb.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət