Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kənd sakini, müharibə veteranı Məmmədəli Sultanovun 95 yaşının tamam olması münasibətilə onunla görüş keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yubilyarı 95 yaşı münasibətilə təbrik ediblər.
Bildirilib ki, muxtar respublikamızda 1941-1945-ci illər müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Onlar minik avtomobilləri ilə, həmçinin texniki-bərpa vasitələri və protez-ortopediya məmulatları ilə təmin olunur, pensiya və müavinətlərlə yanaşı, hər ay veteranlara Prezident təqaüdü ödənilir, bu qəbildən olan insanlar sanatoriya və pansionatlara müalicəyə göndərilirlər. Bütün bunlar müharibə veteranlarının sağlamlığının qorunmasına, rifahlarının yüksəlməsinə xidmət edir.
Məmmədəli Sultanov ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda yubilyara hədiyyə təqdim olunub.
Məlumat üçün bildirək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 mart 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin qeyd olunması üzrə Tədbirlər Planı”nın müvafiq bəndinin icrasına uyğun olaraq təşkil edilib.
Cümə günü Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilib .Mükafatları Ali Məclisin sədri Vasif Talıbov təqdim edib.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət