Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı günü ərəfəsində şəhərdəki Dövlət Bayrağı Muzeyində Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarının təqdimatı olub.
Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə iştirak edib.
Mərasimdə çıxış edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafioya və Arxeologiya İnstitutunun direktoru Hacıfəxrəddin Səfərli bildirib ki, Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin bayraqlarının üzə çıxarılması üzrə araşdırmalar aparılır.Axtarışlar nəticəsində Rusiya muzeylərində Naxçıvan xanlığının dövlət və döyüş bayraqları tapılaraq vətənə gətirilib.
Naxçıvan xanlığının döyüş bayrağı 1812-ci ilin 19-20 oktyabrında Aslandüz döyüşündə general-mayor Pyotr Kotlyarevski tərəfindən qənimət kimi götürülüb. Dövlət bayrağı isə 1827-ci ildə xanlığın işğalı zamanı general Paskeviç tərəfindən qənimət kimi götürülüb və bu günə qədər müxtəlif xarici muzeylərin fondlarında saxlanılıb.
Qızılı ipəkdən hazırlanmış və bir-birinə üfüqi şəkildə tikilmiş üç parçadan ibarət olan dövlət bayrağının eni 144, uzunluğu 178 santimetrdir. Bayrağın üzərində 6 səkkizguşəli ulduz və nəbati elementlər əks edilib. Üst zolağın üzərində qızılı saplarla ərəb qrafikası ilə “Qurani-Kərim”in “Səff” surəsindəki “Allah dərgahından kömək, qələbə yaxındır, möminlərə müjdə ver, Ya Mühəmməd” sözləri həkk edilib.
Döyüş bayrağının uzunluğu 145, eni isə 159 santimetrdir. Moruğu rəngli bayrağın yuxarı sağ tərəfində yerləşən mavi rəngli lövhəcikdə “Bismillah”, sol tərəfində “Qurani-Kərim”dən əl-Fəth, bir qədər aşağıda isə əl-Bəqərə surələrinin bir hissəsi yazılıb.
Q. Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət