Ölkə rəhbərliyi müxtəlif sahələrdə elmi potensialın fəal iştirakına böyük önəm verir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə çərşənbə günü AMEA Rəyasət Heyətinin geniş iclasında çıxışı zamanı bəyan edib.
“Dövlətin müdafiəsi, ASK, kosmik tədqiqatlar, İKT sahəsinin inkişafı, neft-qaz sektoru, həmçinin humanitar və sosial istiqamətlər məsələlərində elmi tədqiqatların istifadəsi zəruridir”, - deyə o bildirib.
O, Yer kürəsinin kosmosdan zondla tədqiq edilmə və neft-qaz sektorunda elmi tədqiqatlardan istifadə olunma sahəsində böyük imkanların olduğunu qeyd edib.
“AMEA humanitar istiqamətdə multikulturalizm və tolerantlığın təmin olunamsı məsələsinə xüsusi diqqət ayırır. Burada elmi yanaşma daha vacibdir”, deyə o əlavə edib.
Bundan başqa, bu cür baş qaldıran terrorun təzahürlərini qeyd edərək, o elmin sosial istiqamətdə və dövlətin təhlükəsizliyinin təmin edilməsi işində iştirakının əhəmiyyətini vurğulayıb.
“Gələn il Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd edəcək və bununla əlaqədar ölkə prezidenti bizə xüsusi tapşırıqlar verib. Azərbaycanlı alimlər respublikanın müstəqilliyinin tarixi haqqında böyük monoqrafiya nəşr etməlidirlər”, - deyə akademik bölüşüb.
Son illər ərzində Akademiyanın uğurları barədə söz açan A.Əlizadə qeyd edib ki, AMEA-da beynəlxalq laboratoriyalar yaradılıb və onların əldə etdikləri nəticələr elmin inkişafı sahəsində böyük uğurdur.
O cümlədən, Akademiyanın prezidenti uğurlar sırasında ilk dəfə keçirilən AMEA-nın magistraturasına qəbulu xüsusi qeyd edib.
Dünyadakı iqtisadi böhrana toxunaraq, A.Əlizadə bildirib ki, bu gün AMEA maliyyə çətinlikləri ilə üzləşib və elmi strukturlar reinvestisiya yolu ilə getməlidirlər. Bugünkü iqtisadi vəziyyəti nəzərə alaraq, bu daha səmərəli olacaq.
Bununla əlaqədar A.Əlizadə elmi strukturlar və biznes sektoru arasında əlaqələrin qurulmasının vacibliyi barədə bəyan edib. “Bu cür əlaqələr var, lakin onları dərinləşdirmək və genişləndirmək lazımdır”, - deyə o vurğulayıb.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət