Azərbaycanda həyat sığortası üzrə xidmət göstərən şirkətlər 2015-ci ilin yanvar-oktyabr aylarında sığorta haqqı yığımını ötən ilin analoji dövrü ilə müqayisədə 16% - 98,5 mln. manatadək artırıblar. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov cümə axşamı jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, cari ilin yanvar-oktyabr aylarında həyat sığortası üzrə ixtisaslaşmış 3 sığorta şirkəti sığorta bazarında sığorta haqlarının 26%-ni təmin edib.
Hesabat dövründə şirkətlərin ödənişləri 35,6 mln. manat (artım 39,5 dəfə), xüsusi çəki sığortaçıların bütün ödənişlərinin 25,4%-ni təşkil edib.
Həyat sığortası üzrə sığorta haqlarının strukturunda 58,6% həyatın yığım sığortası, 28,4% - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində fiziki şəxslərin peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, 11,6% - həyatın ölüm halından sığorta növlərinin payına düşüb. Ödənişlərin strukturunda bu növlərin payına müvafiq olaraq 89%, 5,5% və 5,5% düşüb.
Hesabat dövrü ərzində həyat sığortası üzrə hər 100 manat sığorta haqqına sığortaçılar tərəfindən 36,1 manat məblğində ödəniş həyata keçirilib, 2014-cü ilin yanvar-oktyabr aylarında bu göstərici cəmi 30,1 manat təşkil edib.
Azərbaycanda “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Qala Həyat” şirkətləri həyat sığortası ilə məşğul olurlar.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət