"Milan Expo 2015" beynəlxalq sərgisində Azərbaycanın pavilyonunu 3 mln. 250 min nəfər ziyarət edib. Bu barədə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycanın sözügedən sərgidə iştirakının yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
“Bu Azərbaycanın təqdimatı nöqteyi-nəzərindən ən uğurlu layihələrdən biri oldu. Layihə 300 nəfərlik bir komanda tərəfindən təqdim edilib, onlar 25 ay ərzində bu layihə üzərində zəhmət çəkiblər”,- deyə mərkəzin direktoru qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan dərhal işə başlayan ilk ölkələrdən biri idi.
“ Çətin idi, çünki sərginin keçiriləcəyi ərəfələrdə İtaliyada etiraz aksiyaları keçirilirdi. İnsanlar bu tədbirin keçirilməsinin əhəmiyyətini və vacibliyini anlamırdılar”,- deyə mərkəzin direktoru əlavə edibş.
“Layihə üzərində Azərbaycan və İtaliya mütəxəssiləri işləyiblər. Mart ayında biz pavilyonun hazırlıq işlərini başa çatdırdığımızı bildiridik. Hazırlıq zamanı bəzi çətinliklər oldu, lakin komanda işinin öhdəsindən gəldi”,- deyə o əlavə edib.
A.Ələkbərov bildirib ki, bu layihə hamıya göstərdi ki, dünya Azərbaycanla necə maraqlanır. “Ermənistan tərəfi bizim işimizi diqqətlə izləyirdi. Lakin onlar bizim kimi yüksək səviyyədə iştirak edə bilmədiklərinə görə bu layihəyə qatılmaqdan imtina etdilər”,- deyə o əlavə edib.
Onun sözlərinə görə, ümumilikdə sərgiyə 23 mln. nəfər tamaşa edib, Azərbaycan milli pavilyonuna isə 3 mln. 250 min nəfər tamaşa edib.
Mətbuat konfransında qeyd edilib ki, Azərbaycan milli pavilyonu mayın 1-dən oktyabr ayının 31-nə qədər “Milan Expo 2015” Ümumdünya sərgisində fəaliyyət göstərib.
Sərgi “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” devizi altında keçirilib.
Sərgidə 145 ölkə iştirak edib. Bunlardan 54-ü o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunub. Digər ölkələr “Expo”da klasterlərlə təmsil olunub.
Azərbaycan ilk dəfə bu sərgidə bu il təmsil olunub.
Azərbaycan pavilyonunun təməli ötən ilin iyul ayında qoyulub.
“Milan Expo” sərgisində Azıərbaycan milli pavilyonunda işlər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunub. “Milan Expo2015” sərgisindəki “Azərbaycan : Biomüxtəlifliyin xəzinəsi” adlanan 4 mərtəbəli , 1800 kvadrammetr ərazidə təşkil olunmuş milli pavilyonumuz ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edib.
Sərgi zamanı Azərbaycan müxtəlif nominasiyalarda 3 mükfat alıb. Pavilyonda qurulmuş 3 biosfera ətraf mühiti və qədim mədəniyyəti olan ölkəmizi təcəssüm etdirir.
Həmçinin qeyd edilib ki, sərgi çərçivəsində iyulun 9-da Azərbaycan Milli Günü qeyd edilib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
İyulun 21-də “Azərbaycan torpağının enerjisi”, avqustun 25-də “Azərbaycana investisiya qoyun: biznes mühit və imkanlar” biznes-forumu, sentyabrın 29-da Azərbaycan və İtaliya universitetlərinin forumu, oktyabrın 2-də “UEFA-2016” kubokunun təqdimatı, oktybarın 9-da Heydər Əliyev Mərkəzi və AMEA-nın birgə təşkilatçılığı ilə “Ərzaq, həyat, elm” mövzusunda elmi kütləvi konfrans təşkil edilib.
A.zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət