Rusiyanın istedadlı quruluşçu baletmeyster və müəllim Aleksandra Tixomirova ustad dərsləri keçirmək məqsədilə Bakıya dəvət olunub. Bu barədə “İnterfaks-Azərabycan” agentliyinə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən məlumat verilib.
Baletmeyster teatrın balet truppasının artistləri ilə ustad dərsləri keçirəcək.
A.Tixomirova noyabrın 28-dən dekabrın 5-nə kimi ustad dərslərindən başqa balet truppasının aparıcı solistləri ilə birlikdə çalışacaq, onların bu və ya digər klassik balet tamaşasında aparıcı partiyaları yüksək professional səviyyədə ifa etməsi üzərində iş aparacaq.
Teatrdan qeyd ediblər ki, A.Tixomirovanın Bakıya səfəri, şübhəsiz ki, teatrın mədəni həyatında mühüm hadisədi və balet truppasının peşəkar inkişafı üçün çox səmərəlidir. Teatrın rəhbərliyi gələcəkdə də ustad dəsrlərin keçirilməsi məqsədilə tanınmış klassik balet mütəxəssislərini dəvət etmək niyyətindədir.
Hazırda A.Tixomirova Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının müəllimi və Belarus Respublikası Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteridir.
1997-2012-ci illər ərzində istedadlı xoreoqraf Rusiya, Estoniya, Finlyandiya və Belarusun müxtəlif opera, dramatik və musiqili teatrlarında 60-dan artıq tamaşaya quruluş verib. Bu sırada “Esmeralda” (Estoniya milli operası və Belorus Böyük Teatrında), “Şopeniana” və “Yatmış gözəl” (Samara Opera və Balet Teatrı), “Silfida” və “Jizel” (Belorus Böyük Teatrı), “Messa” (L.Bernstayn) Latviya operasında, “Qraf Monte Kristo”, “Şerlok Xolms” (Raymond Paulsla birgə) və s. baletlərin adını çəkmək olar.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət