Azərbaycan İSESCO (İslam,Təhsil və Mədəniyyət Təşkilatı) ilə əməkdaşlığa böyük əhəmiyyət verir və təşkilatın inkişafına töhfələr verir. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bazar ertəsi Bakıda İSESCO-nun İcraiyyə Şurasının iclasında şxışı zamanı bildirib.
“ Azərbaycan müstəqillik əldə edəndən sonra İSESCO ilə əlaqələr qurmağa başladı. Son illərdə təşkilat nailiyyətlər qazanıb və bu prosesdə Azərbaycanın əhəmiyyətli rolu var”,- deyə nazir qeyd edib.
2006-cı ildən etibarən , İSESCO xətti ilə Azərbaycanda yüksək səviyyəli müxtəlif tədbirlər keçirilib. “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESCO-nun xoş məramlı səfiridir ki, bu da təşkilatla ən yüksək səviyyədə əməkdaşlığı təmin edir”,- deyə Ə.Qarayev əlavə edib.
Nazir deyib ki, İSESCO-nun Bakıda keçirilən iclasının analoqu olan digər tədbirlər üzv ölkələrə dünya birliyini narahat edən ən vacib məsələləri müzakirə etmək imkanı verir.
“2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək və biz İSESCO-ya üzv ölkələrin nümayəndələrini ölkəmizdə görmək istərdik”,- deyə o qeyd edib.
“ Bizim inkişafımız çox səviyyəli olub. İcraiyyə Şurasına təqdim edilmiş 6 məruzədə əldə edilən uğurlar və hadisələrin qiymətləndirilməsi barədə məlumatlar öz əksini tapıb”,- deyə İSESCO-nun İcraiyyəŞurasının sədri Bubəkr Dokurə öz çıxışında bildirib.
Təşkilatın baş katibi Əbdüləziz Tüveycri Azərbaycanla İSESCO arasında əməkdaşlığın çox məhsuldar olduğunu söyləyib.
“ Bu əməkdaşlığı nümunəvi hesab etmək olar. Azərbaycan İSESCO-ya təşkilatın ideyalarını həyata keçirməyə kömək edir. Biz ümid edirik ki, ölkələrimiz bundan sonra da qarşılılıq işləyəcək, dünya arenasında öz mövqelərini bərkidəcəklər”,- deyə o qeyd edib.
“Biz təşkilatın fəaliyyət perspektivlərinin genişləndirilməsi yolunda və böyük təməlin qoyulması ərəfəsindəyik. Növbəti dövr qarşımızda ciddi vəzifələr qoyur və bizdən əlavə məsuliyyət tələb edir”,- deyə baş katib bildirib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət