3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə noyabrın 25-də Naxçıvan Dövlət Filarmoniyasında məhdud fiziki imkanlı şəxslərin iştirakı ilə bədii yaradıcılıq müsabiqəsinə başlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Sosial təminat və əlillərin sosial müdafiəsi şöbəsinin müdiri Elçin Novruzov, çıxış edərək bədii yaradıcılığın növlərindən, məhdud fiziki imkanlı şəxslərə göstərilən dövlət qayğısından, onların istedadlarını inkişaf etdirmək üçün yaradılan şəraitdən bəhs edib.
Vurğulanıb ki, məhdud fiziki imkanlı şəxslərin iştirakı ilə bədii yaradıcılıq müsabiqəsinin keçirilməsində məqsəd bu kateqoriyadan olan insanların istedad və qabiliyyətlərinin aşkara çıxarılması, onların yaradıcılıq əzmlərinin yüksəldilməsi, cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.
Müsabiqədə iştirak edən 25 nəfər “xalq çalğı alətlərində ən yaxşı ifaçı”, “xalq mahnısını ən yaxşı ifa edən” və “ən yaxşı şeir qiraətçisi” nominasiyaları üzrə qabiliyyətlərini nümayiş etdirirlər.
Müsabiqə noyabrın 27-nə qədər davam edəcək.
Sonda müsabiqənin qaliblərinə mükafat, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim ediləcək.
Q.Hüseynova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət