Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingyetişdirmə sahələrində bu il 350 minə yaxın meşə, dekorativ və meyvə ağacı tingi yetişdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna nazirlikdən məlumat verilib.
Hazırda 13 hektara yaxın tingyetişdirmə sahəsindəyerli və yerli iqlimə uyğunlaşdırılmış müxtəlif növ ağac tingləri yetişdirilir.Məqsəd yaşıllaşdırma işləri aparılan zaman tələbatı daxili resurslar hesabına tödəməkdir”,- deyə nazirlikdən bildirilib.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” tingçilikdə yeni mərhələnin başlanmasına stimul verib.Naxçıvanın tarixi meyvəçilik ənənələrini yaşatmaq üçün yeni meyvə bağlarının salınması üçün meyvə tinglərinin yetişdirilməsinə diqqət daha da artırılıb. Hazırda tingçilik müəssisəsinin təsərrüfat ərazilərində ərik, badam, alma, cəviz, alça, gilənar, tut və sair meyvə tingləri yetişdirilir. Dövlət proqramından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlərin nəticəsidir ki, son 3 il ərzində müəssisənin təsərrüfat sahələrində 1 milyondan artıq meyvə tingi yetişdirilib”,- deyə məlumatda qeyd edilir.
“ Noyabrın əvvəlindən başlayaraq muxtar respublikada mövsümi ağac əkininə başlanılıb. Müəssisə tərəfindən bu əkinlərin keçirilməsi üçün 35 mindən çox ting paylanılıb. Hazırda sahələrdə 250 mindən yuxarı əkilmək üçün ting vardır ki, bunun da 70 minə yaxını meşə, 12 minə yaxını həmişəyaşıl, qalanı isə müxtəlif meyvə tingləridir”,- deyə nazirliyin nümayəndəsi bildirib.
Q.Hüseynova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət