Azərbaycan Turizm Assosiasiyasının (AzTA) otel əməkdaşları üçün treninqlər keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri, BMT(UNWTO) yanında Ümumdünya Turizm Təşkilatının Avropa üzrə vitse- prezidenti Nahid Bağırov məlumat verib.
“Bizdə otelçilər üçün treninq mərkəz fəaliyyət göstərir. Mərkəz Amerika Universiteti və Ümumdünya Otelçilər Assosiasiyasının köməyi ilə yaradılıb. Bizim aramızda imzalanmış müqaviləyə əsasən, Azərbaycana treniq keçirmək üçün mütəxəssislər gəlib”,- deyə o bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda belə kurslar keçirmək üçün beş sertifikatlı mütəxəssis var. “Əgər buna qədər insanlar bütün dünyada tanınan sertifikat almaq üçün Amerikaya gedir, qayıtdıqdan sonra öz biliklərini praktikaya tətbiq edirdilərsə, indi belə trenerlər bizim özümümzdə vardır”,- deyə o qeyd edib.
“Belə kurslardan keçmək üçün bizə Qazaxıstan, Rusiya, Gürcüstandan müraciətlər olunur. MDB məkanındaq biz belə sertifikatlara malik trenerləri olan yeganə ölkəyik”,- deyən N.Bağırov təəssüflə bildirib ki, yerli sahibkarlar və biznesmənlər kömək üçün müraciət etməyiblər.
N. Bağırov layihələr haqqında danışarkən həmçinin AzTA nəzdində açılmış ödənişsiz bələdçi məktəbi barədə də danışıb.”Biz irvit, ərəb, yapon, fransız və digər dillərdə danışan kadrlar, ümumilikdə, 20 dil üzrə bələdçilər hazırlayırıq”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, treninqlərdə iştirak edənlər sonda imtahan verir və bələdçi sertifikatı alırlar. “Xidmətlərin dəyəri və digər məsələlər AzTA nəzdindəki Bakı Ekskursiya Bürosu tərəfindən tənzimlənəcək. Biz universitetlərdən tarixçiləri, coğrafiyaçıları, memarları dəvət edirik”,- deyə N. Bağırov qeyd edib.
Bundan əlavə, o söyləyib ki, hazırda bələdçi çatışmazlığı hiss olunur. “Nümunə üçün deyə bilərəm ki, Gürcüstanda bələdçi xidmətləri bir saat üçün $20, bizdə isə $80 dollar təşkil edir, bu artıq çox yüksək səviyyədə xidmət olacaq. Mən əminəm ki, bu istiqamətin inkişçafı ölkədə turizmin inkişafına öz töhfəsini verəcək”,- deyə N.Bağırov əlavə edib.
A.Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət