SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) “Azəriqaz” İstehsalat Birliyi Nardaran qəsəbəsinin qaz təchizatını bərpa etməyə başlayıb. Bu barədə jurnalistlərə İB-nin rəhbəri Əkbər Hacıyev məlumat verib.
“Əməkdaşlarımız dünəndən qəsəbə sakinləri ilə qaz alqı-satqısına dair yeni müqavilələr bağlayırlar. Razılaşma əldə edildikdən sonra qazın verilməsi bərpa ediləcək”,- deyə o bildirib.
İB rəhbərinin sözlərinə görə, Naradaran qəsəbəsinə qaz verilməsi bu ilin yayında dayandırılıb.
“Əvvəlki illərdə bizim qəsəbə sakinlərinin istifadə etdikləri qaza görə yaranmış borcla bağlı böyük problemlərimiz olub. Biz onların müraciəti əsasında qaz sayğacları quraşdırdıq, lakin 2014-cü ilin qışında sayğacların çoxu qırıldı və biz qaz təchizatını dayandırmalı olduq”,- deyə Ə.Hacıyev qeyd edib.
O qeyd edib ki, qəsəbədə smart-kart tipli sayğaclar quraşdırılacaq, karta hər dəfə pul köçürüldükdə abonentin qaza olan borcunun ödənilməsi üçün 30% çıxılacaq, qalan 70% yeni qaz həcminin ödənilməsinə sərf ediləcək.
“Biz onlardan borcu dərhal qaytarmalarını tələb etmirik. Bu sistem borcun 1-2 il ərzində ödənilməsini təmin edəcək”,- deyə o qeyd edib.
Ə. Hacıyev əlavə edib ki, qaz təchizatı məsələsinin həlli ona görə çətinləşir ki, qəsəbə sakinləri “Azəriqaz”ın müfəttişlərini qəsəbə ərazisinə buraxmırlar, onların dəfələrlə döyülməsi faktları olub.
“Mən əməkdaşlarımızın həyatını təhlükəyə ata bilmərəm. Əgər qəsəbə sakinləri İB-nin əməkdaşlarının Nardaran qəsəbəsi ərazisində təhlükəsizliyini təmin etsələr, qaz təchizatı məsələsi həll oluna bilər”,- deyə İB rəhbəri əlavə edib.
Ə.Hacıyev qeyd edib ki, hazırda İB əməkdaşları qəsəbə ərazisində qaz nəqli sisteminin vəziyyətini öyrənirlər.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət